6 dekabr 2025. Şənbə

Qalib olmaq üçün hər şeyə sahibik – PSJ-nin prezidenti


Qalib olmaq üçün hər şeyə sahibik – PSJ-nin prezidenti

PSJ klubunun prezidenti Nasser Əl Xələfi Çempionlar Liqasının 1/4 final mərhələsinin “Bavariya”ya qarşı keçirdikləri cavab oyunundan (0:1) sonra fikirlərini bildirib.

Corner.az xəbər verir ki, 47 yaşlı funksioner, turniri qazanmaq istədiklərini deyib:

“Məqsədimiz sona qədər getmək və finala yüksəlib, turniri qazanmaqdır. “Bavariya” ilə matçda komandam möhtəşəm idi. 3-4 qol vura bilərdik, amma əsas olan nəticədir. Komandamla qürur duyuram.

Bu mövsüm “Barselona” və “Bavariya”nı Çempionlar Liqasından kənarlaşdırdıq. Turniri qazanmaq üçün kluba çox sərmayə qoymuşam. Qalib olmaq üçün hər şeyə sahibik”.

Qeyd edək ki, PSJ “Bavariya”nı iki oyunun (ilk oyun 3:2, cavab matçı 0:1) nəticəsinə görə mübarizədən kənarlaşdırıb. Paris təmsilçisinin yarımfinal mərhələsindəki rəqibi “Mançester Siti” (İngiltərə) – “Borussiya” (Dortmund, Almaniya) cütünün qalibi olacaq.







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”