27 mart 2026. Cümə

Çempionlar Liqasında bütün yarımfinalçılar bəlli oldu


Çempionlar Liqasında bütün yarımfinalçılar bəlli oldu

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulub.

Corner.az xəbər verir ki, 1/4 final mərhələsinin digər cavab oyunları bu gün keçirilib.

“Liverpul” doğma meydanda “Real”ı qəbul edib. Komandalar arasındakı ilk görüşdə “Real” 3:1 hesablı qələbə qazanmışdı. Cavab görüşündə ümumiyyətlə qapılara qol vurulmayıb.

Günün digər matçında turnirin favoritlərindən olan “Mançester Siti” səfərdə “Borussiya”nın (Dortmund) qonağı olub. Komandalar arasındakı ilk oyunda “şəhərlilər” 2:1 hesabıyla qələbə qazanmışdı. Elə bu oyunda da qonaqlar oxşar hesabla qələbə qazanıb.

Çempionlar Liqası, 1/4 final mərhələsi, cavab oyunları

13 aprel

PSJ (Fransa) – Bavariya (Almaniya) 0:1
Qol: 
Şupo-Motinq, 40.
İlk oyun – 3:2

Çelsi (İngiltərə) – Portu (Portuqaliya) 0:1
Qol: Taremi, 90+4.
İlk oyun – 2:0

14 aprel

Liverpul (İngiltərə) – Real (İspaniya) 0:0
İlk oyun – 1:3

Borussiya (Dortmund, Almaniya) – Mançester Siti (İngiltərə) 1:2
Qol: Bellingem, 15 – Mahrez, 55. Foden, 75.
İlk oyun – 1:2







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"