6 dekabr 2025. Şənbə

İlk 15 dəqiqədə qol vursaydıq ... - Klopp


İlk 15 dəqiqədə qol vursaydıq ...  - Klopp

“Vəziyyət bizim üçün getdikcə daha da çətinləşdi”.

Corner.az xəbər verir ki, bunu “Liverpul”un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasında 1/4 final mərhələsinin “Real” ilə keçirilən cavab oyununu şərh edərkən deyib.

Almaniyalı mütəxəssisin fikrincə, komandası erkən qol vursaydı, nəticə fərqli olardı: “Qarşılaşmaya çox yaxşı başladıq, çox sayda qol şans yaratdıq. Gələn mövsüm Çempionlar Liqasına düşməliyik. Biz “Liverpul”uq, bu turniri çox sevirik. Çempionlar Liqası bizim üçün həqiqətən vacibdir. Madriddə buraxılan üçüncü qol bizim üçün böyük bir məyusluq oldu. Bu gün ilk 15 dəqiqədə qol vursaydıq, hər şey başqa cür ola bilərdi”.

Qeyd edək ki, “Liverpul” və “Real” arasındakı ilk oyunda Madrid təmsilçisi 3:1 hesablı qələbə qazanmışdı. Cavab görüşündə isə qolsuz bərabərlik qeydə alınıb.







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”