1 oktyabr 2026. Cümə axşamı

Çempionlar Liqası: Yarımfinalın təqvimi açıqlandı


Çempionlar Liqası: Yarımfinalın təqvimi açıqlandı

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin təqvimi bəlli olub.

Corner.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, "Çelsi" və "Mançester Siti" ilk oyunlarını səfərdə keçirəcək.

"Zadəganlar" aprelin 27-də səfərdə "Real Madrid", "şəhərlilər" isə 1 gün sonra PSJ ilə qarşılaşacaqlar.

Komandalar arasında cavab matçları isə 4-5 mayda olacaq. İlk oyun günündə "Mançester Siti" - PSJ, növbəti gündə isə "Çelsi" - "Real Madrid" matçları oynanılacaq.

Bütün qarşılaşmalar Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, final oyunu mayın 29-da Türkiyənin İstanbul şəhərində keçiriləcək.







Çempionlar liqası

 “Modriç, Kazemiro və Kroos olsaydı...”
  • Çempionlar liqası
  • 23:38 11.09.2026
“Modriç, Kazemiro və Kroos olsaydı...”