27 mart 2026. Cümə

Atletiko'nun futbolçusu 4 oyunluq cəzalandırıldı


Atletiko'nun futbolçusu 4 oyunluq cəzalandırıldı

UEFA  "Atletiko"nun futbolçusu Stefan Saviçi cəzalandırıb.

Corner.az-ın məlumatına görə, buna monteneqrolu müdafiəçinin "Çelsi"yə 0:2 hesabı ilə məğlub olduqları Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında qırmızı vərəqə alaraq meydandan qovulması və qarşılaşmanın baş hakimi Daniele Orsatonu təhqir etməsi səbəb olub.

30 yaşlı oyunçu görüşün 82-ci dəqiqəsində "zadəganlar"ın futbolçusu Antonio Rudigeri dirsəyi ilə vurub. Bunu aqressiv hərəkət kimi dəyərləndirən UEFA-nın Nizam-intizam komitəsi Saviçi avrokuboklardan 4 oyunluq diskvalifikasiya edib.

Qeyd edək ki, "Atletiko" ilk görüşdə də rəqibinə 0:1 hesabı ilə uduzmuşdu.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"