30 iyun 2026. Çərşənbə axşamı

Borussiya'nın 17 yaşlı yeni rekordçusu


Borussiya'nın 17 yaşlı yeni rekordçusu

Almaniyanın “Borussiya” (Dortmund) klubu Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda doğma meydanda  “Mançester Siti”yə məğlub olub.

Corner.az xəbər verir ki, 1:2 hesabıyla bitən görüşdə meydan sahiblərinin yeganə qolunu vuran Cud Bellinqem “Borussiya”nın tarixinə düşüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Mançester Siti” ilə matçda hesabı açan Bellinqem “Borussiya”nın Çempionlar Liqasında qol vuran ən gənc futbolçusu ünvanınıa yiyələnib. İngilis yarımmüdafiəçi qolunu 17 yaş 289 günlüyündə vuraraq, tarixə keçib.

Dortmund “Borussiya”sı Çempionlar Liqasının 1/4 final mərhələsində hər iki oyunda “Mançester Siti”yə 1:2 hesabıyla məğlub olaraq, turnirlə vidalaşıb.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu