6 dekabr 2025. Şənbə

Burda rahat oyun olmur - İlkay Gündoğan


Burda rahat oyun olmur - İlkay Gündoğan

“Mançester Siti”nin futbolçusu İlkay Gündoğan Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində Almaniyanın “Borussiya” (Dortmund) komandasına qalib gəldikləri oyundan sonra fikirlərini bildirib.

Corner.az xəbər verir ki, UEFA-nın saytına açıqlama verən 30 yaşlı yarımmüdafiəçi, 2:1 hesabıyla qələbə qazandıqları matçı belə şərh edib:

“Bu turnirdə hər oyunun nə qədər çətin olduğunu bilirik. Burda rahat oyun olmur. “Borussiya”nın çoxlu qol imkanları var idi. Hər zaman demişəm ki, oyunun alınarsa, istənilən rəqibi məğlub edə bilərsən. “Borussiya” ilk hissədə bunun olduğunu göstərdi. Lakin sonda nəticəni əzmkarlıq və xarakter müəyyən edir. İkinci hissədə dönüş edərək, növbəti mərhələyə yüksəldik. Yarımfinalda oynamağa hazır olduğumuzu sübut etdik”.

Qeyd edək ki, “Mançester Siti” “Borussiya”nı Çempionlar Liqasının 1/4 final mərhələsinin hər iki oyununda 2:1 hesabıyla məğlub edərək, yarımfinala yüksəlib. Komandanın bu mərhələdəki rəqibi PSJ olacaq.







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”