31 yanvar 2026. Şənbə

UEFA'dan ləğv olunan qolla bağlı AÇIQLAMA - FOTO


UEFA'dan ləğv olunan qolla bağlı AÇIQLAMA - FOTO

UEFA Çempionlar Liqasında dünən gecə VAR sistemi ilə ləğv edilən qolla bağlı rəsmi açıqlama yayımlayıb.

Corner.az məlumat verir ki, Çempionlar Liqasının 1/8 finalında Ajax'ın futbolçusu Nikolas Talyafikonun "Real"a qarşı oyunun 38-ci dəqiqəsində, hesab 0:0 olarkən vurduğu qolun ləğvi ilə bağlı bildirilib: "Talyafikonun qolu videotəkrara baxışdan sonra ləğv edilib. Hakim müəyyən edib  ki, Talyafiko Tadiriçin ötürməsi zamanı oyundankənar vəziyyətdə idi və qapıçı Courtois'in topa oynamağına mane olmuşdu. Hər şey VAR qaydalarına uyğun olaraq edilib və doğru qərar verilib".

Qeyd edək  ki, Ajax'ın baş məşqçisi Erik ten Haq oyundan sonra qolun ləğvinin yanlış qərar olduğunu  bildirib.(qol.az)









Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”