24 oktyabr 2024. Cümə axşamı

Çempionlar Liqasının yeni formatı təsdiqləndi


Çempionlar Liqasının yeni formatı təsdiqləndi

UEFA İcraiyyə Komitəsi Çempionlar Liqasının yeni formatını təsdiqləyib.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, 2024/25 mövsümündən etibarən turnirdə 36 komandanın iştirakı təsdiqlənib. İcraiyyə Komitəsinin üzvləri tam tərkibdə həmin mövsümdən Çempionlar Liqasının qrup mərhələsində 36 komandanın iştirakına razılıq verib.

Belə ki, yeni formata əsasən,18 komanda 2 qrupa ayrılacaq və qruplarda hər komanda 5 ev və 5 səfər matçı keçirəcək. 10 oyunun nəticəsinə əsasən turnir cədvəli müəyyənləşdiriləcək. İlk 8 yerin sahibi növbəti mərhələyə yüksələcək. Digər 8 komanda arasında pley-off oyunları keçiriləcək. Qaliblər növbəti mərhələyə yüksələcək, məğlub olanlar isə mübarizəni Avropa Liqasında davam etdirəcək.

Avropanın 12 klubu yeni Super Liqanın yaradıldığını bəyan ediblər. Yeni turnirin ilkin mərhələsində İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko”, “Real”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları iştirak edəcək. UEFA sözügedən turnirdə iştirak edəcək komandaların növbəti mövsümdən Çempionlar Liqasında yer almayacağını bildirib.







Çempionlar liqası

Zappakosta ÇL-da rekorda imza atıb
  • Çempionlar liqası
  • 23:48 23.10.2024
Zappakosta ÇL-da rekorda imza atıb
ÇL:"Atalanta" "Seltik"lə bacarmadı
  • Çempionlar liqası
  • 23:22 23.10.2024
ÇL:"Atalanta" "Seltik"lə bacarmadı
ÇL:"Bayer" səfərdə "Brest"lə heç-heçə edib
  • Çempionlar liqası
  • 23:19 23.10.2024
ÇL:"Bayer" səfərdə "Brest"lə heç-heçə edib
“Səhvimi etiraf edirəm, bəhanə axtarmıram"
  • Çempionlar liqası
  • 16:20 23.10.2024
“Səhvimi etiraf edirəm, bəhanə axtarmıram"
"PSJ qələbəyə layiq idi"
  • Çempionlar liqası
  • 12:48 23.10.2024
"PSJ qələbəyə layiq idi"