6 dekabr 2025. Şənbə

UEFA Real və Yuventusu Çempionlar Liqasından kənarlaşdıra bilər


UEFA Real və Yuventusu Çempionlar Liqasından kənarlaşdıra bilər

Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) aprelin 19-da Avropa Super Liqasında iştirak edəcəyini bildirmiş İspaniyanın “Real Madrid” və İtaliyanın “Yuventus” klubları üçün cəza variantı üzərində işləyir.

Corner.az xəbər verir ki, bu barədə “AS” nəşri məlumat yayıb. Məlumatda bildirilir ki, təşkilat bu ilin sentyabrında başlayacaq 2021/22 mövsümü üçün İspaniya və İtaliyanın hazırkı çempionlarını Çempionlar Liqasından kənarlaşdırmağı planlaşdırır.

Lakin UEFA İcraiyyə Komitəsinin bəzi üzvləri bununla bağlı sərt mövqe tutmurlar və hər iki klubu Çempionlar Liqasının növbəti mövsümündə oynamaq imkanından məhrum etmək istəmədiklərini söyləyiblər.

Məsələ UEFA-nın bu gün keçirilməsi nəzərdə tutulan növbəti iclasında daha ətraflı nəzərdən keçiriləcək.







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”