27 yanvar 2025. Bazar ertəsi

Qvardiola ÇL-nın yeni formatından narazıdır


Qvardiola ÇL-nın yeni formatından narazıdır

 “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının yeni formatı haqda açıqlama verib.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis, yeni formatdan narazı olduğunu bildirib:

“UEFA və FİFA-dan 365 gün olan bir ili 400 gün etməsini istəyirik. Bəlkə, bu, daha çox oynamaq üçün problemsiz olar. Hər kəs futbolda keyfiyyətin artmasını istəyir. Ancaq niyəsə UEFA kəmiyyətin artmasını istəyir”.

Çempionlar Liqasında 2024-cü ildən tətbiq ediləcək formata əsasən, turnirdə 36 komanda iştirak edəcək. Yeni formata əsasən,18 komanda 2 qrupa ayrılacaq və qruplarda hər komanda 5 ev və 5 səfər matçı keçirəcək. 10 oyunun nəticəsinə əsasən turnir cədvəli müəyyənləşdiriləcək. İlk 8 yerin sahibi növbəti mərhələyə yüksələcək. Digər 8 komanda arasında pley-off oyunları keçiriləcək. Qaliblər növbəti mərhələyə yüksələcək, məğlub olanlar isə mübarizəni Avropa Liqasında davam etdirəcək.







Çempionlar liqası

"Bu qələbə bizə inam verdi"
  • Çempionlar liqası
  • 12:58 23.01.2025
"Bu qələbə bizə inam verdi"
“Komandamız hazırda əla formadadır"
  • Çempionlar liqası
  • 12:56 23.01.2025
“Komandamız hazırda əla formadadır"
"Biz eyni məcrada davam etməliyik”
  • Çempionlar liqası
  • 12:54 23.01.2025
"Biz eyni məcrada davam etməliyik”
"Rəqibimiz layiqli qələbə qazandı"
  • Çempionlar liqası
  • 12:19 23.01.2025
"Rəqibimiz layiqli qələbə qazandı"
"İlk qolumuz geri dönüşdə əsas məqam oldu"
  • Çempionlar liqası
  • 12:09 23.01.2025
"İlk qolumuz geri dönüşdə əsas məqam oldu"
"Hər şey öz əlimizdədir"  - Simone İnzaqi
  • Çempionlar liqası
  • 11:38 23.01.2025
"Hər şey öz əlimizdədir" - Simone İnzaqi