24 oktyabr 2024. Cümə axşamı

Müsbət nəticə əldə etmək üçün hər şeyi edəcəyik


Müsbət nəticə əldə etmək üçün hər şeyi edəcəyik

“Real”ın futbolçusu Rafael Varan Çempionlar Liqasının yarımfinalında “Çelsi”yə qarşı keçirəcəkləri ilk oyun haqda fikirlərini bildirib.

Corner.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə danışan fransalı müdafiəçi, qüsursuz oynamalı olduqlarını deyib:

“Çempionlar Liqasının yarımfinalındayıq. Cütün taleyi xırda şeylərdən asılı olacaq. Qələbə düşüncəsi ilə meydana çıxıb, qüsursuz oynamalıyıq. Müsbət nəticə əldə etmək üçün hər şeyi edəcəyik.

“Çelsi” çox balanslı komandadır, yaxşı oyunçuları var. Fərqli taktikalar ilə oynamağı bacarırlar. Sürətli komandaların oyunlarına tez uyğunlaşmaq lazımdır. Müdafiədə diqqətli olmalıyıq. Komanda şəklində çalışıb, rəqibə boş zona verməməliyik”.

Bu gün keçiriləcək “Real” – “Çelsi” matçı saat 23:00-da start götürəcək.








Çempionlar liqası

Zappakosta ÇL-da rekorda imza atıb
  • Çempionlar liqası
  • 23:48 23.10.2024
Zappakosta ÇL-da rekorda imza atıb
ÇL:"Atalanta" "Seltik"lə bacarmadı
  • Çempionlar liqası
  • 23:22 23.10.2024
ÇL:"Atalanta" "Seltik"lə bacarmadı
ÇL:"Bayer" səfərdə "Brest"lə heç-heçə edib
  • Çempionlar liqası
  • 23:19 23.10.2024
ÇL:"Bayer" səfərdə "Brest"lə heç-heçə edib
“Səhvimi etiraf edirəm, bəhanə axtarmıram"
  • Çempionlar liqası
  • 16:20 23.10.2024
“Səhvimi etiraf edirəm, bəhanə axtarmıram"
"PSJ qələbəyə layiq idi"
  • Çempionlar liqası
  • 12:48 23.10.2024
"PSJ qələbəyə layiq idi"