- Çempionlar liqası
- 14:35 23.01.2025
"Real"ın futbolçusu Kərim Benzema Çempionlar Liqasının tarixinə düşüb.
Corner.az-ın məlumatına görə, 33 yaşlı hücumçu buna "Çelsi" ilə 1:1 hesablı heç-heçə etdikləri matçda nail olub.
Komandasının yeganə qolun vuran fransalı futbolçu qitənin bir nömrəli klub turnirində 71-ci dəfə fərqlənməklə "kral klubu"nun keçmiş futbolçusu Raul Qonsalesə çatıb.
Hazırda yalnız Kriştiano Ronaldo (134), Lionel Messi (120) və Rovert Levandovski (73) Benzema və Rauldan daha çox qol vurub.
Benzema həmçinin Çempionlar Liqasının yarımfinalında qol vuran ən yaşlı futbolçu kimi də tarixə düşüb. O, 33 yaş 129-cü günündə fərqlənib. Daha əvvəl Ronaldu 32 yaş 86-cı günündə qol vura bilib.