24 oktyabr 2024. Cümə axşamı

Məncə, Mançester Siti Bavariya'dan daha güclüdür


Məncə, Mançester Siti Bavariya'dan daha güclüdür

PSJ-nin baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqasının yarımfinal mərhələsində “Mançester Siti”yə qarşı keçirəcəkləri ilk oyunla bağlı fikirlərini bildirib.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, argentinalı mütəxəssis, “Mançester Siti”nin dünyanın ən yaxşı komandalarından biri olduğunu deyib:

“İlk oyunu Parisdə oynamaq üstünlük ola bilər. Onsuz da iki oyun var və birini evdə, birini səfərdə keçirəcəyik. Məncə, təcrübəmiz ilk oyun üçün kömək olacaq.

İki möhtəşəm komandanın oyunu olacaq. Mənə görə, rəqib komandanın baş məşqçisi Xosep Qvardiola dünyanın ən yaxşı baş məşqçilərindən biridir. Bəlkə də, birincisi. Qazandıqlarına baxın. Mən futbolu sevən, hələ öyrənməyə və titul qazanmağa çalışan bir mütəxəssisəm.

Rəqibimiz dünyanın ən yaxşı komandalarından biridir. Məncə, “Mançester Siti” “Bavariya”dan daha güclüdür. Oyunu qazanıb-qazanmayacağımızı bilmirəm. Ancaq meydana çıxıb, qələbə qazanmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik. Özümüzə güvənirik”.

Bu gün keçiriləcək PSJ – “Mançester Siti” matçı saat 23:00-da start götürəcək.







Çempionlar liqası

Zappakosta ÇL-da rekorda imza atıb
  • Çempionlar liqası
  • 23:48 23.10.2024
Zappakosta ÇL-da rekorda imza atıb
ÇL:"Atalanta" "Seltik"lə bacarmadı
  • Çempionlar liqası
  • 23:22 23.10.2024
ÇL:"Atalanta" "Seltik"lə bacarmadı
ÇL:"Bayer" səfərdə "Brest"lə heç-heçə edib
  • Çempionlar liqası
  • 23:19 23.10.2024
ÇL:"Bayer" səfərdə "Brest"lə heç-heçə edib
“Səhvimi etiraf edirəm, bəhanə axtarmıram"
  • Çempionlar liqası
  • 16:20 23.10.2024
“Səhvimi etiraf edirəm, bəhanə axtarmıram"
"PSJ qələbəyə layiq idi"
  • Çempionlar liqası
  • 12:48 23.10.2024
"PSJ qələbəyə layiq idi"