15 avqust 2026. Şənbə

PSJ-nin müdafiəçisi Ronaldonun uğurunu təkrarladı


PSJ-nin müdafiəçisi Ronaldonun uğurunu təkrarladı

PSJ-nin futbolçusu Markinyos Çempionlar Liqasında yeni uğura imza atıb.

Corner.az-ın məlumatına görə, 26 yaşlı müdafiəçi buna "Mançester Siti"yə 1:2 hesabı ilə uduzduqları yarımfinal mərhələsinin ilk oyununda nail olub.

Görüşdə hesabı açan braziliyalı oyunçu tarixdə ardıcıl iki və ya daha çox mövsüm 1/4 və yarımfinal mərhələlərində qol vuran üçüncü futbolçu olub. Daha əvvəl bunu hazırda "Barselona"nın hücumçusu Antuan Qrizmann və "Yuventus"un futbolçusu Kriştiano Ronaldo bacarıb.

Qeyd edək ki, PSJ və "Mançester Siti" klubları arasındakı cavab oyunu mayın 4-də olacaq.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu