15 avqust 2026. Şənbə

Açıq futbol oynasaydıq, Neymar və Mbappe bizi öldürərdi


Açıq futbol oynasaydıq, Neymar və Mbappe bizi öldürərdi

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində PSJ-yə qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini bildirib.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, 50 yaşlı ispaniyalı mütəxəssis, qələbə qazandıqları oyunu belə şərh edib:

“Kilian Mbappe, Neymar və Anxel Di Mariyaya qarşı oynamaq asan deyil. İkinci hissə daha çox qol vura bilərdik. Komandamın çıxışından razıyam, ancaq hələ yolun yarısındayıq.

Açıq futbol oynasaydıq, Neymar və Mbappe bizi öldürərdi. Onların “Bavariya”ya qarşı nələr etdiklərini gördük və buna görə oyunun tempini aşağı saxladıq. PSJ mövqe oyunu baxımından bizdən qat-qat güclüdür. Futbolçularım matçdan sonra qələbəni qeyd etmədilər və sakit qaldılar. Çünki iki oyunluq mərhələdir və hər şey ola bilər”.

Qeyd edək ki, komandalar arasındakı cavab matçı mayın 4-də keçiriləcək.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu