1 oktyabr 2026. Cümə axşamı

ÇL-də həftənin rəmzi komandası


ÇL-də həftənin rəmzi komandası

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin rəmzi komandası açıqlanıb.

Corner.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, "11-liy"ə "Mançester Siti"dən 5 oyunçu düşüb.

Digər 3 klub isə rəmzi komandada hərəyə 2 futbolçu ilə təmsil olunub.

Qapıçı: Ederson ("Mançester Siti")

Müdafiəçilər: Markinyos (PSJ, Fransa), Eder Militao ("Real Madrid", İspaniya), Antonio Rüdiger ("Çelsi", İngiltərə), Aleksandr Zinçenko ("Mançester Siti")

Yarımmüdafiəçilər: İlkay Gündoğan, Kevin De Bruyne, Riyad Mahrez (hər üçü "Mançester Siti"), Kristian Pulişiç ("Çelsi"), Anxel Di Mariya (PSJ)

Hücumçu: Kərim Benzema

Qeyd edək ki, yarımfinalın ilk oyunlarında "Çelsi" İspaniyada "Real Madrid"lə 1:1 hesablı heç-heçə edib, "Mançester Siti" isə Fransada PSJ-yə qalib gəlib - 2:1.







Çempionlar liqası

 “Modriç, Kazemiro və Kroos olsaydı...”
  • Çempionlar liqası
  • 23:38 11.09.2026
“Modriç, Kazemiro və Kroos olsaydı...”