6 dekabr 2025. Şənbə

Futbolda hər şeyə inanmalısan – Poçettino


Futbolda hər şeyə inanmalısan – Poçettino

PSJ-nin baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində “Mançester Siti”yə 1:2 hesabıyla uduzduqları ilk oyundan sonra fikirlərini bildirib.

Corner.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə danışan argentinalı mütəxəssis görüşü belə şərh edib:

“İki fərqli hissə gördük. İlk hissədə yaxşı oynadıq, şanslar yaratdıq. Fasilədən sonra isə “Mançester Siti” daha yaxşı idi. Təsadüfi qollar vurdular. Buna baxmayaraq, şansları da bizdən çox oldu.

İki qol buraxdığımız üçün məyusuq. “Mançester Siti” sabit oynadı. Onlarla mübarizə aparmaq asan deyildi. Topu özlərində daha çox saxlayırdılar və aqressiv oynayırdılar. Topu onlardan almaq bizim üçün asan deyildi.

Futbolda hər şeyə inanmalısan. İngiltərədə cavab oyunu olacaq. Qol vurmağa və qələbə qazanmağa çalışacağıq”.

Qeyd edək ki, “Mançester Siti” PSJ-ni səfərdə 2:1 hesabıyla məğlub edib. Komandalar arasındakı cavab matçı mayın 4-də keçiriləcək.







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”