6 dekabr 2025. Şənbə

Marselo həbs oluna bilər


Marselo həbs oluna bilər

“Real”ın futbolçusu Marselo “Çelsi”yə qarşı keçiriləcək UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununu buraxacaq.

Corner.az xəbər verir ki, buna səbəb 32 yaşlı müdafiəçinin mayın 4-də Madriddə keçiriləcək seçkilərdə nəzarətçi təyin olunmasıdır. Bu barədə “El Mundo” nəşri məlumat yayıb. Məlumatda, mayın 4-də, saat 08:00-dan 21:00-a qədər seçki məntəqəsində qalmalı olan braziliyalı futbolçu, bir gün sonra keçiriləcək “Çelsi” – “Real” matçında komandasına kömək edə bilməyəcək.

Marselo seçkilərdə iştirak etməkdən imtina edib, “Çelsi” ilə matça gedəcəyi halda, 1-3 illik həbs oluna və ya pul cəzasına məruz qala bilər. “Kral” klubu Marselonun Çelsi ilə matçda iştirak etməsi üçün çalışmalar aparır.

Qeyd edək ki, “Real” ilk oyunda “Çelsi” ilə qollu bərabərə qalıb – 1:1. Komandalar arasındakı cavab matçı mayın 5-də keçiriləcək.







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”