30 iyun 2026. Çərşənbə axşamı

Mbappe Mançester Siti'yə qarşı oynaya biləcək


Mbappe Mançester Siti'yə qarşı oynaya biləcək

PSJ klubunun hücumçusu Kilian Mbappe Çempionlar Liqasının yarımfinal mərhələsinin “Mançester Siti” ilə cavab oyununda iştirak edə biləcək.

Corner.az xəbər verir ki, 22 yaşlı hücumçu “şəhərlilər”lə oyunun heyətinə daxil edilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mbappe zədə səbəbindən Liqa 1-in “Lans”la matçını (2:1) və komandanın son məşqində çıxış etməmişdi.

Mayın 4-də keçiriləcək “Mançester Siti” – PSJ oyunu saat 23:00-da start götürəcək. Komandalar arasında Parisdə keçirilən ilk oyunda “Mançester Siti” 2:1 hesablı qələbə qazanıb.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu