6 dekabr 2025. Şənbə

İnanılmaz dərəcədə qürurluyam - Qvardiola


İnanılmaz dərəcədə qürurluyam - Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının yarımfinal mərhələsində PSJ-ni məğlub etdikləri cavab oyunundan sonra fikirlərini bildirib.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, ispan mütəxəssis, 2:0 hesabıyla qələbə qazandıqları görüşü belə şərh edib:

“İnanılmaz dərəcədə qürurluyam. Bu, hər birimizin qələbəsidir. “Barselona” və “Bavariya” kimi komandaları mübarizədən kənarlaşdıran PSJ-ni hər iki oyunda məğlub etmək çox şey deməkdir. Birlikdə mübarizə apardıq və finala çıxdıq. Futbolçularım hər gün çox çalışırlar.

İlk hissədə rəqibə yüksək təzyiq göstərə bilmədik. Fasilədən sonra vəziyyət dəyişdi və topa özümüz nəzarət etdik. Daha güclü olan tərəf biz idik.

Bu uğurun sadəcə pulla əlaqəsinin olduğunu düşünürsüzsə, bir şey deyə bilmərəm. Ancaq bu uğur çox çalışmağın, əziyyət çəkməyin nəticəsində gəlir. Biz birlikdə çalışaraq bu yerlərə gəlmişik. İnsanlar finala çıxmağın asan olduğu düşünür”.

Qeyd edək ki, “Mançester Siti” hər iki oyunda PSJ-ni məğlub edərək (ilk oyun 2:1, cavab oyunu 2:0), klub tarixində ilk dəfə finala yüksəlib.







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”