1 fevral 2026. Bazar günü

Mançester Siti və Qvardiola yeni uğura imza atdı


Mançester Siti və Qvardiola yeni uğura imza atdı

"Mançester Siti" Çempionlar Liqasında qələbə sayında İngiltərə klubları üçün rekord müəyyənləşdirib.

Corner.az-ın məlumatına görə, "şəhərlilər" qitənin ən nüfuzlu klub turnirində ölkənin ardıcıl 11 qələbə qazanan ilk komandası olub. Pep Qvardiolanın baş məşqçi olduğu kollektiv bu mövsüm bir dəfə "Portu" (3:1), iki dəfə "Marsel" (3:0; 3:0), "Olimpiakos" (3:0; 1:0), "Borussiya Mönhenqladbax" (2:1; 2:1) və  PSJ-ni (2:1; 2:0) yenib və yalnız bir dəfə qrup mərhələsində "Portu" ilə qolsuz heç-heçə edib.

Qvardiolanın özü isə baş məşqçi kimi üçüncü dəfə Çempionlar Liqasının finalına yüksəlib. Hər 3 həlledici qarşılaşma 3 müxtəlif onilliyə - 2008/2009, 2010/2011 (hər ikisi İspaniya "Barselona"sı) və 2020/2021 mövsümlərinə təsadüf edib. Əvvəllər belə bir nailiyyətə yalnız Aleks Ferqyuson "Mançester Yunayted"in baş məşqçisi kimi 1998/1999, 2007/2008, 2008/2009 и 2010/2011 mövsümlərində imza atıb. Əvvəlki iki finalda Qvardiola məhz Ferqyusonla üz-üzə gəlib.

Bu dəfə "Mançester Siti" finalda "Çelsi" (İngiltərə) - "Real Madrid" (İspaniya) cütünün qalibi ilə qarşılaşacaq.(report)







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”