6 dekabr 2025. Şənbə

Özümüzə və gücümüzə inanırıq - Tuçel


Özümüzə və gücümüzə inanırıq - Tuçel

“Çelsi”nin baş məşqçisi Tomas Tuçel Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində “Real”a (İspaniya) qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, almaniyalı mütəxəssis, “Real”ın bu matçda fərqli sistemlə oynayacağını gözlədiyini deyib:

“Əsas işimiz balansı qorumaq olacaq. Yarımfinal mərhələsindəyik və təzyiqlərin olması yaxşıdır. Özümüzə və gücümüzə inanırıq. İnam olmasa, heç nə əldə edə bilmərik.

“Real”ın bu matçda fərqli sistemlə oynayacağını düşünürəm. Biz də oyunun gedişində müəyyən dəyişikliklər edə bilərik. Əsas “Real”ın necə oynamağı deyil, bizim necə oynamağımızdır. Cəsarətli ola biləcəyikmi?

Serxio Ramosun oynayıb-oynamayacağını bilmirəm. Bizim üçün bunun fərqi yoxdur. O, son illərin ən uğurlu komandasının kapitanıdır. Lakin bizim diqqətimiz onda deyil. Onun əsas heyətdə yer alacağını düşünürəm və buna hazır olmalıyıq”.

Bu gün keçiriləcək “Çelsi” – “Real” matçı saat 23:00-da start götürəcək. (komanda)







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”