6 dekabr 2025. Şənbə

ÇL-nın yarımfinalında olmaq hamıya qismət olmur - Zİdan


ÇL-nın yarımfinalında olmaq hamıya qismət olmur - Zİdan

“Real”ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində “Çelsi”yə qarşı keçirəcəkləri cavab oyunu ilə bağlı fikirlərini bildirib.

Corner.az xəbər verir ki, UEFA-nın saytına danışan fransalı mütəxəssis, matçla bağlı bunları deyib:

“İçimdə yaxşı hisslər var. Belə bir oyunda olacağımıza sevinirik. Bizi nəyin gözlədiyini və nələr edəcəyimizi bilirik. Bütün gücümüzü meydanda qoyacağıq.

Kapitanımız Serxio Ramos da bizimlə gəlib. Oyunda iştirak edib-etməyəcəyini deyə bilmərəm, lakin yanımızda olacaq. Kapitanımızın bizimlə olması çox vacib bir şeydir.

Meydana çıxıb, öz futbolumuzu oynamalıyıq. Ya 90 dəqiqə, ya 120 dəqiqə, fərq etməz. Oyuna yaxşı hazırlaşmışıq. Çempionlar Liqasının yarımfinalındayıq və burda olmaq hamıya qismət olmur”.

Qeyd edək ki, bu gün keçiriləcək “Çelsi” – “Real” matçı saat 23:00-da start götürəcək.







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”