1 oktyabr 2026. Cümə axşamı

Çempionlar Liqasının finalında İngiltərə derbisi!


Çempionlar Liqasının finalında İngiltərə derbisi!

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin oyunlarına yekun vurulub.

Corner.az xəbər verir ki, sonuncu oyun günündə “Real” səfərdə “Çelsi” ilə üz-üzə gəlib.

Bu komandalar arasında Madriddə baş tutan ilk görüşdə 1:1 hesabı yekunlaşmışdı. Bu səbəbdən London təmsilçisinə mərhələ adlamaq üçün qolsuz heç-heçə də kifayət edirdi. “Real” isə səfərdən mütləq qələbə ilə qayıtmalı idi. Lakin 90 dəqiqənin sonunda meydan sahibləri qələbə qazanaraq finala vəsiqə qazanıb.

UEFA Çempionlar Liqası
Yarımfinalın cavab oyunu

5 may

"Çelsi" – "Real" 2:0
Qol: Verner, 28. Maunt, 85.

London. “Stemford Bric” stadionu. Baş hakim: Daniele Orsato (İtaliya).
İlk oyun – 1:1.







Çempionlar liqası

 “Modriç, Kazemiro və Kroos olsaydı...”
  • Çempionlar liqası
  • 23:38 11.09.2026
“Modriç, Kazemiro və Kroos olsaydı...”