- Çempionlar liqası
- 14:35 23.01.2025
“Real”ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının yarımfinal mərhələsində “Çelsi”ə uduzduqları oyundan sonra fikirlərini bölüşüb.
Corner.az xarici mətbuata istinadən xəbər verir ki, fransalı mütəxəssis, 0:2 hesabıyla məğlub olduqları matçı belə şərh edib:
“Qələbə qazanmaq istəyirdik, alınmadı. “Çelsi” finala çıxmağa layiq idi. Futbolçularımla qürur duyuram, yarımfinala qədər gəlməyi bacardılar. Nəticədə, finalın bir addımlığında dayandıq."
Qeyd edək ki, “Çelsi” iki oyunun nəticəsinə görə “Real”ı mübarizədən kənarlaşdırıb (2:0, ilk oyun 1:1). "Zadəganlar" həlledici görüşdə “Mançester Siti” ilə qarşılaşacaq.