1 fevral 2026. Bazar günü

Maunt 10 ildən sonra Runinin uğurunu təkrarladı


Maunt 10 ildən sonra Runinin uğurunu təkrarladı

 "Çelsi"nin futbolçusu Meyson Maunt 10 ildən sonra "Mançester Yunayted"in sabiq futbolçusu Ueyn Runinin uğurunu təkrarlayıb.

Corner.az-ın məlumatına görə, 22 yaşlı hücumçu 2011-ci ildən sonra Çempionlar Liqasının yarımfinal mərhələsində qol vuran ilk ingiltərəli oyunçu olub.

Maunt doğma meydanda "Real"a 2:0 hesabı ilə qalib gəldikləri görüşdə fərqlənib.

Son olaraq 2011-ci ildə Runi "Mançester Yunayted"in heyətində "Şalke" klubuna yarımfinal oyununda qol vurub.

Qeyd edək ki, "Çelsi" Çempionlar Liqasının finalında İngiltərənin digər təmsilçisi "Mançester Siti" ilə üz-üzə gələcək. Qarşılaşma mayın 29-da olacaq.







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”