1 fevral 2026. Bazar günü

Hazardın bu hərəkəti Real azarkeşlərini qəzəbləndirdi - FOTO


Hazardın bu hərəkəti Real azarkeşlərini qəzəbləndirdi - FOTO

"Real"ın azarkeşləri komandanın futbolçusu Eden Hazardın "Çelsi"yə 0:2 hesabı ilə məğlub olduqları yarımfinal mərhələsinin cavab görüşündən sonrakı davranışından qəzəbləniblər. 

Corner.az-ın məlumatına görə, bununla bağlı "Daily Mail" "Əsl həqiqətdə "Real Madrid" onun vecinə deyil" başlıqlı yazı dərc edib.

Qarşılaşmanın ardından 30 yaşlı hücumçu keçmiş komanda yoldaşları ilə gülüşərək zarafatlaşıb. Həmin an teleyayıma düşüb və "kral klubu" azarkeşlərində xeyli neqativ emosiya yaradıb.

Hazard "Real Madrid"ə 2019-cu ilin yayında "Çelsi"dən 100 milyon avroya keçib.

Qeyd edək ki, "zadəganlar" İspaniya paytaxtında 1:1 hesablı heç-heçə etdikləri üçün iki oyunun yekununda "Real"a qalib gələrək, finala yüksəlib.








Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”