27 yanvar 2025. Bazar ertəsi

Tuçel Real üzərində qələbəni şərh etdi


Tuçel Real üzərində qələbəni şərh etdi

“Çelsi”nin baş məşqçisi Tomas Tuçel Çempionlar Liqasının yarımfinal mərhələsində “Real”ı məğlub etdikləri oyundan sonra fikirlərini bölüşüb.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, almaniyalı mütəxəssis, 2:0 hesabıyla qələbə qazandıqları matçı belə şərh edib:

“İlk hissə çətin keçdi. Rəqibin də şansları oldu, bizim də. İkinci hissə çox yaxşı oynadıq. Müdafiədə möhtəşəm çıxış etdik, ikinci qolu daha tez vura bilərdik. Komandamı təbrik edirəm. “Real”ı mübarizədən kənarlaşdırmaq asan olmadı. Çünki onlar hər nəticəni dəyişə biləcək gücdədilər. 

Ardıcıl iki mövsüm finalda olmaq möhtəşəmdir. Mənim həyatım futboldur. Belə komandalarda işləmək möhtəşəmdir”.

“Çelsi” iki oyunun nəticəsinə görə “Real”ı mübarizədən kənarlaşdırıb (2:0, ilk oyun 1:1). London təmsilçisi həlledici görüşdə “Mançester Siti” ilə qarşılaşacaq.







Çempionlar liqası

"Bu qələbə bizə inam verdi"
  • Çempionlar liqası
  • 12:58 23.01.2025
"Bu qələbə bizə inam verdi"
“Komandamız hazırda əla formadadır"
  • Çempionlar liqası
  • 12:56 23.01.2025
“Komandamız hazırda əla formadadır"
"Biz eyni məcrada davam etməliyik”
  • Çempionlar liqası
  • 12:54 23.01.2025
"Biz eyni məcrada davam etməliyik”
"Rəqibimiz layiqli qələbə qazandı"
  • Çempionlar liqası
  • 12:19 23.01.2025
"Rəqibimiz layiqli qələbə qazandı"
"İlk qolumuz geri dönüşdə əsas məqam oldu"
  • Çempionlar liqası
  • 12:09 23.01.2025
"İlk qolumuz geri dönüşdə əsas məqam oldu"
"Hər şey öz əlimizdədir"  - Simone İnzaqi
  • Çempionlar liqası
  • 11:38 23.01.2025
"Hər şey öz əlimizdədir" - Simone İnzaqi