29 iyun 2026. Bazar ertəsi

Lyon-Barcelona matçı Çakıra tapşırıldı


Lyon-Barcelona matçı Çakıra tapşırıldı
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin "Lyon" - "Barcelona" və "Liverpool" - "Bayern Munich" oyunları üçün təyinatları açıqlayıb.

Corner.az xəbər verir ki , franzıslarla ispanların duelini Cüneyt Çakır idarə edəcək. Türkiyəli FİFA referisinə Bahattin Duran və Tarık Engün köməklik edəcəklər. 4-cü hakim funksiyasını Halis Özkahya yerinə yetirəcək. VAR (videotəkrar) hakimləri isə Hollandiyadan Danni Makkeli və Kamfus Yohem olacaqlar.

"Liverpool" - "Bayern Munich" görüşü isə italiyalı hakimlər briqadasına tapşırılıb. Matçın baş hakimi Canluka Rokki, laysmanlar Filippo Meli və Matteo Passeri, 4-cü referi isə Paolo Valeri olacaq. VAR sisteminə isə Massimiliano İrrati və Marko Qvida nəzarət edəcək.

Qeyd edək ki, hər iki qarşılaşma fevralın 19-dan 20-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. (qol.az)





Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu