- Çempionlar liqası
- 14:35 23.01.2025
“Real”ın futbolçusu Eden Hazard azarkeşlərdən üzr istəyib.
Corner.az xəbər verir ki, "Kral klubun"un Çempionlar Liqasının yarımfinal mərhələsində “Çelsi”yə məğlub olduğu görüşdən (0:2) sonra keçmiş komanda yoldaşları ilə zarafatlaşarkən, gülən vəziyyətdə yayılan şəkillər üçün Hazard, “İnstagram” hesabı vasitəsilə azarkeşlərdən üzr istəyib. Belçikalı futbolçu, paylaşımında bunları qeyd edib:
“Məyusam. Haqqımda yazılanları oxudum və “Real” azarkeşlərini incitmək kimi bir fikrim yox idi. “Real”da oynamaq hər zaman xəyalım olub və bura qazanmağa gəlmişəm. Mövsüm bitməyib və La Liqada çempionluq üçün mübarizə aparacağıq”.
“Real” Çempionlar Liqasının yarımfinalında iki oyunun nəticəsinə görə “Çelsi”yə uduzub (1:1, 0:2). Hazard London komandası ilə cavab matçından sonra keçmiş komanda yoldaşları ilə zarafatlaşarkən, gülən vəziyyətdə görüntülənmişdi. Bundan sonra “Real” azarkeşləri futbolçuya bu görüntüsünə çox qəzəblənmiş, hətta, onun komandadan göndərilməsini istəmişdilər.
Hazard 2019-cu ilin yayında “Çelsi”dən “Real”a keçib. (komanda)