27 mart 2026. Cümə

Çempionlar Liqasının loqotipi dəyişir - FOTO


Çempionlar Liqasının loqotipi dəyişir - FOTO

Qarşıdakı mövsümdən UEFA Çempionlar Liqasının loqotipini dəyişəcək.

Corner.az-ın "Footyheadlines" nəşrinə istinadən məlumatına görə, loqotipin təzə aqpreydi bu dəfə də kardinal yox, kiçik vizual yenilənməyə uğrayacaq. Dəyişikliklər bunlar olacaq:

- UEFA loqotipinin daha parlaq təsviri
- League (Liqa) sözünün miqyas alması
- "Champions League" (Çempionlar Liqası) yazısı şriftinin dəyişməsi (Xüsusən "p" və "e" sözləri seçilir")
- "R" hərfi formasında ticarət nişanı olan dairənin yerləşməsindəki dəyişiklik.

Loqotipin rəngli qammasının dəyişdirilməsi isə sual altındadır. UEFA bununla bağlı yekun qərarı hələ açıqlamayıb.

Qeyd edək ki, Çempionlar Liqasının loqotipi 1992-ci ildə yaradılıb. O vaxtdan emblemin konsepti minimal yenilənmələrə məruz qalıb. Dəyişikliklər xırda detallarda baş verir.(report)









Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"