6 dekabr 2025. Şənbə

Gələcəkdə finalın Türkiyədə olacağına ümid edirəm


Gələcəkdə finalın Türkiyədə olacağına ümid edirəm

"Türkiyə Futbol Federasiyası və səlahiyyətli nümayəndələr UEFA-nın azarkeşlərlə bağlı istəyini qəbul etdi. Onlar hər zaman bizim etibarlı tərəfdaşımız olub. Türkiyə bir çox UEFA tədbirinə böyük uğurla ev sahibliyi edib".

Corner.az-ın məlumatına görə, bu fikirləri UEFA prezidenti Aleksander Çeferin Çempionlar Liqasının final oyunun Türkiyənin İstanbul şəhərindən alınaraq Portuqaliyaya verilməsinə münasibət bildirərkən deyib.

Sloveniyalı funksioner Britaniya hökumətinin Türkiyəni səyahət üçün "qırmızı siyahı"ya əlavə etdiyini xatırladıb: "Bu qərarın vətandaşları virusun yayılmasından qorumaq üçün qəbul edildiyini başa düşürük. Yaxın gələcəkdə Çempionlar Liqası finalının və digər tədbirlərin İstanbulda, Türkiyədə olacağına ümid edirəm".

Çeferin istəklərinə müsbət cavab verdikləri üçün Portuqaliya Futbol Federasiyasına və Portuqaliya hökumətinə təşəkkür etdiyini söyləyib.

Qeyd edək ki, UEFA İngiltərənin "Mançester Siti" və "Çelsi" komandaları arasındakı final oyununun Portu şəhərindəki "Draqau" stadionunda olacağını açıqlayıb. Matçın daha əvvəl Atatürk Olimpiya Stadionunda keçirilməsi planlaşdırılıb.(report)







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”