6 dekabr 2025. Şənbə

Finalı İstanbulda oynamaq istərdim - Qvardiola


Finalı İstanbulda oynamaq istərdim - Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının final matçının ev sahibliyinin Portuqaliyaya verilməsi qərarına münasibət bildirib.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis, qərarı belə şərh edib:

“Finalı İstanbulda oynamaq istərdim. Daha əvvəl Türkiyəyə getmək şansım olmayıb. Futbolçumuz İlkay Gündoğan üçün ora getmək istəyərdim. Ancaq UEFA ev sahibliyini Portuqaliyaya verdi. Mənim üçün heç bir problem yoxdur”.

Mayın 29-da, “Mançester Siti” ilə “Çelsi” arasında keçiriləcək final matçı Portu şəhərindəki “Draqao” stadionunda olacaq.

Çempionlar Liqasının final matçının daha əvvəl Türkiyənin İstanbul şəhərində keçirilməsi planlaşdırılırdı. Bu ölkədə koronavirusa yoluxma hallarının artması səbəbindən oyuna ev sahibliyi Portuqaliyaya verilib.







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”