5 dekabr 2025. Cümə

“Onsuz da Çempionlar Liqasının səfər oyunlarında qalib gəlmək çətindir” – Valverde


“Onsuz da Çempionlar Liqasının səfər oyunlarında qalib gəlmək çətindir” – Valverde

“Barcelona”nın baş məşqçisi Ernesto Valverde, Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində “Lyon”la 0:0 hesablı bərabərliyə razılaşdıqları qarşılaşmadan sonra fikirlərini bölüşüb.

Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssis, nəticədən razı qalmadığını bildirib: “Statistikaya və yaratdığımız qol epizodlarına baxsaz, nəticədən razı qalmadığımı bilərsiz. Onsuz da Çempionlar Liqasının səfər oyunlarında qalib gəlmək çətindir, bunu inkar etmirik, amma daha fərqli nəticəyə ümid edirdik. Məsələni şişirtmirəm, amma yarada biləcəyimiz hər cür qol epizodunu yaratdıq. Bütün yolları sınadıq, buna görə də, oyunumuzdan razı qaldım və bu “performans”a görə xoşbəxtəm”.

İspan mütəxəssis Ousmane Dembelenin oyununu da dəyərləndirib: “Dembele ilk hissədə topla çox oynadı. Bir aydan çox müddətdə zədədən əziyyət çəkirdi və sadəcə, keçən şənbə günü meydanda oldu. Bu gün çox yaxşı oyun göstərdi və yorulduğu üçün onu əvəzləmək məcburiyyətində qaldım”.







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”