5 dekabr 2025. Cümə

“Bu hesab mənim üçün problem deyil” – Klopp


“Bu hesab mənim üçün problem deyil” – Klopp

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində “Bayern Munich” ilə 0:0 hesablı bərabərliyə razılaşan “Liverpool”un baş məşqçisi Jurgen Klopp, matçdan sonra açıqlama verib.

Corner.az  xəbər verir ki,  almaniyalı mütəxəssis, oyunun çətin keçdiyini bildirib: “Bayern Munich” fiziki olaraq çox güclü komandadır. Cərimə meydançasının ətrafında çox oynadıq. İki komanda üçün də çətin oyun keçdi, müdafiəçilər çox yaxşı oynadılar. Xüsusilə, Henderson bu gün fantastik oyun göstərdi. Oyunda son nöqtəni qoya bilməməyin problemini yaşadıq. Daha yaxşı oynaya bilərik və oynamalıyıq”.

51 yaşlı mütəxəssis, bu hesabın onun üçün problem yaratmadığını deyib: “Bu hesab mənim üçün problem deyil. 0:0 hesabı pis nəticə deyil, təbii ki, möhtəşəm nəticə də əldə etmədik. Hər iki komanda hörmət ediləcək oyun sərgilədi. “Bayern”lilər bizə çətin anlar yaşatdılar. Cavab oyununu onlar üçün daha çətin vəziyyətə gətirə bilərdik, amma fürsətləri dəyərləndirə bilmədik”. (komanda)







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”