- Çempionlar liqası
- 22:50 27.11.2025
“Real Madrid”, “Barselona” və “Yuventus” klubları Çempionlar Liqasından diskvalifikasiya edilə bilər.
Corner.az "Football Italia” nəşrinə istinadən xəbər verir ki, bu barədə UEFA məsləhətçisi Evelina Kristilin deyib.Onun sözlərinə görə, buna səbəb komandaların Super Liqada iştirakıdır.
“Hazırda vəziyyət belədir ki, adları qeyd olunan klublar UEFA nizamnaməsinin 49 və 51-ci maddələrini pozublar. 51-ci maddənin pozulmasına görə müəyyən sanksiya nəzərdə tutulmayıb, ona görə qərar tam UEFA-nın səlahiyyətindədir. UEFA-nın qərarı isə çox sərt ola bilər”, - Kristilin qeyd edib.
Xatırladaq ki, Super Liqa on iki komandanın iştirakı ilə aprelin 19-da yaradılıb, lakin iki gün sonra doqquz klub turniri tərk etdiyini bildirib. Yalnız "Barselona", "Real Madrid" və "Yuventus" hələ də turnirdən çıxdıqlarını açıqlamayıblar.