- Çempionlar liqası
- 22:50 27.11.2025
“Çelsi”nin baş məşqçisi Tomas Tuçel Çempionlar Liqasının finalında “Mançester Siti”yə qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.
Corner.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis, matçla bağlı bunları deyib:
“Ən yaxşı oyunumuzu göstərməyə çalışmalıyıq ki, sonradan peşman olmayaq. Bunu komandadakı hər kəsə çatdırmışam.
Finala çıxdığımıza görə sevinicliyik. Bu sevincimizi davam etdirmək istəyirik. Məğlub olsaq da, bir təcrübə qazanacağımızı düşünürəm. Futbolda hər zaman fərqlənmək üçün şansın olur.
Heyətimizdə zədəli futbolçu yoxdur. Ümid edirəm ki, oyun saatına qədər bu, belə də qalar”.
Bu gün keçiriləcək “Mançester Siti” – “Çelsi” matçı saat 23:00-da start götürəcək.