27 mart 2026. Cümə

Bəzi futbolçularda həyəcan və narahatlıq var - Qvardiola


Bəzi futbolçularda həyəcan və narahatlıq var - Qvardiola

 “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının finalında “Çelsi”yə qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.

Corner.az BBC-yə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis, bəzi futbolçularda həyəcan olduğunu deyib:

“Kiminlə oynadığımız və necə oynamalı olduğumuzla bağlı fikrim var. Burda olmaq bizim üçün şərəfdir. Məşqçi karyeramın əvvəlində nə vaxtsa Çempionlar Liqasının finalında olacağımı düşünmürdüm.

Bəzi futbolçularda həyəcan və narahatlıq var. Lakin bu yaxşıdır, mən onları ruhlandıracam. Hamı qazanmaq istəyir. Qalib gəlmək istəyiriksə yaxşı oynamağımız lazımdır. Güclü təzyiq və gərginlik bəzən futbolçulara əngəl olur”.

Bu gün keçiriləcək “Mançester Siti” – “Çelsi” matçı saat 23:00-da start götürəcək.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"