27 mart 2026. Cümə

Qalib gələ bilərdik, lakin alınmadı - Qvardiola


Qalib gələ bilərdik, lakin alınmadı - Qvardiola

"Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının finalında “Çelsi”yə məğlub olduqları oyundan sonra fikirlərini bildirib.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis, çempionluğu itirdiyi görüşlə bağlı bunları deyib:

“Əsas heyət üçün əlimdən gələni etdim, ən yaxşıları ilə meydana çıxdım. İkinci hissədə “Çelsi”dən üstün idik. Rəqibin müdafiəçilərinə qarşı işimiz asan olmadı. Möhtəşəm və çətin bir mövsümü bitirdik. Təəssüf ki, qələbə qazana bilmədik. Qalib gələ bilərdik, lakin alınmadı. Bundan sonra daha çox çalışacağıq.

İlk dəfə idi Çempionlar Liqasının finalında idik. İlk dəfə üçün yaxşı oynadıq. Cəsarətli idik, onlar da bacardıqlarını etdilər. “Çelsi”ni uğurlu mövsüm və finaldakı oyuna görə təbrik edirəm”.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"