- Çempionlar liqası
- 22:50 27.11.2025
“Çelsi”nin baş məşqçisi Tomas Tuçel Çempionlar Liqasının finalında “Mançester Siti”yə qalib gələrək (1:0), çempion olduqları oyunla bağlı fikirlərini bildirib.
Corner.az xəbər verir ki, BBC-yə danışan almaniyalı mütəxəssis, sevincini belə şərh edib:
“Hər kəslə duyğularımızı bölüşmək inanılmazdır. Biz bunu bacardıq! Nə hiss etdiyimi bilmirəm. İkinci finalımda qələbə qazandım, özümü fərqli hiss edirəm.
Futbolçularımın tək düşüncəsi oyunu qazanmaq idi. Hər kəsi irəli addımlamağa və daha cəsarətli oynamağa çağırdıq. Təhlükəli əks-hücumlar yaratdıq. Oyun fiziki baxımdan çox ağır keçirdi. Bir-birimizə kömək etmək məcburiyyətində idik”.
Qeyd edək ki, “Çelsi” klub tarixində 2-ci dəfə Çempionlar Liqasını qazanıb.