30 iyun 2026. Çərşənbə axşamı

Hazırda dünyanın ən yaxşı komandasıyıq - Maunt


Hazırda dünyanın ən yaxşı komandasıyıq - Maunt

“Çelsi”nin futbolçusu Meyson Maunt Çempionlar Liqasının finalında “Mançester Siti”ni məğlub etdikləri oyundan (1:0) sonra fikirlərini bildirib.

Corner.az xəbər verir ki, 22 yaşlı futbolçu, turnirin qalibi olduqlarını belə şərh edib:

“Hisslərimi ifadə edə bilmirəm. “Çelsi” ilə iki finalda uduzmuşdum və ancaq qələbə qazanmaq istəyirdim. Çox güclü rəqiblərlə oynadıq. Hazırda dünyanın ən yaxşı komandasıyıq. Bunu heç kim əlimizdən ala bilməz.

“Mançester Siti”nin Premyer Liqada nələr etdiyini görürsüz. Çox çətin oyun oldu və qol vurduqdan sonra müdafiəyə üstünlük verdik. Hər şeyimizi meydanda verdik və qalib gəldik”.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu