6 dekabr 2025. Şənbə

Çelsi'nin daha 2 futbolçusu ÇL-nın tarixinə düşdü


Çelsi'nin daha 2 futbolçusu ÇL-nın tarixinə düşdü

UEFA Çempionlar Liqasının finalında “Mançester Siti”yə qarşı keçirdikləri oyun “Çelsi”nin müdafiəçisi Tyaqo Silva üçün əlamətdar olub.

Corner.az xəbər verir ki, braziliyalı futbolçu “Çelsi”nin heyətində Çempionlar Liqasının finalında oynamış ən yaşlı oyunçu kimi tarixə düşüb.

Tyaqo Silva “Mançester Siti” ilə oyuna 36 yaş 249 günlüyündə çıxıb. Ondan əvvəlki rekord isə Klod Makeleleyə məxsus idi (35 yaş, 93 gün).

“Çelsi”nin digər futbolçusu Nqolo Kante də tarixə düşüb. Fransalı futbolçu 21-ci əsrdə həm dünya çempionu olan, həm də Avropa Liqası və Çempionlar Liqasında çempionluq sevinci yaşayan 5-ci futbolçu olub. Ondan öncə Olivye Jiru, Xuan Mata, Fernando Torres və Pedro da bu sevinci yaşamışdı.







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”