- Çempionlar liqası
- 14:35 23.01.2025
"Çelsi”nin futbolçusu Antonio Rüdiger Çempionlar Liqasının qalibi olması ilə bağlı açıqlama verib.
Corner.ax xarici mətbuata istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi, qalib olduqları matçı belə şərh edib:
“Sevinc hisslərimiz bir-iki günə azalacaq. Çempionlar Liqasındakı zəfər karyeramın ən böyük günü idi. Portudakı oyunu heç vaxt unutmayacam. “Çelsi”də hər şeyin yaxşı olmasına sevinirəm. İndi bütün diqqətim Avropa çempionatında yaxşı çıxış etməyə yönəlib”.
“Çelsi” Çempionlar Liqasının Portuda keçirilən final matçında “Mançester Siti”ni 1:0 hesabıyla məğlub edərək, çempion olub.