24 oktyabr 2024. Cümə axşamı

3 klub ÇL-dan kənarlaşdırıla bilər


3 klub ÇL-dan kənarlaşdırıla bilər

Avropa Super Liqasının qurucuları hesab edilən "Barselona", "Real Madrid" və "Yuventus" klubu Çempionlar Liqasından kənarlaşdırıla bilər.

Corner.az xəbər verir ki, bu barədə UEFA-nın baş katibi Teodor Teodoridis "Marca"ya açıqlamasında məlumat verib.

56 yaşlı funksioner bildirib ki, onlar qaydalara əməl etmirsə, yarışdan qovulmaları mümkündür: "Hər şey klublardan asılıdır. Bütün digər klublar qaydalara əməl edib. Cəza UEFA prezidentinin və ya qurumun İcraiyyə Komitəsinin şəxsri qərarı olmayacaq. İcraiyyə Komitəsi və UEFA rəhbərliyi məhkəmə sisteminin işinə təsir göstərə bilməz".

Teodoridis həmin klubların dünyanın ən yaxşılarından biri olduğunu söyləyib: "UEFA üçün bütün klublar bərabərdir və hamını eyni müdafiə edirik. Klublar qaydaları pozursa, müstəqil qurumlar tərəfindən müəyyənləşdiriləcək nəticələrlə üzləşməlidir. İntizam orqanlarının qərarı ilə razılaşmasalar, İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edə bilərlər. Onların belə hüququ var".

Qeyd edək ki, hazırda yalnız "Barselona", "Real Madrid" və "Yuventus" Superliqada qaldıqlarını açıqlayıb.







Çempionlar liqası

Zappakosta ÇL-da rekorda imza atıb
  • Çempionlar liqası
  • 23:48 23.10.2024
Zappakosta ÇL-da rekorda imza atıb
ÇL:"Atalanta" "Seltik"lə bacarmadı
  • Çempionlar liqası
  • 23:22 23.10.2024
ÇL:"Atalanta" "Seltik"lə bacarmadı
ÇL:"Bayer" səfərdə "Brest"lə heç-heçə edib
  • Çempionlar liqası
  • 23:19 23.10.2024
ÇL:"Bayer" səfərdə "Brest"lə heç-heçə edib
“Səhvimi etiraf edirəm, bəhanə axtarmıram"
  • Çempionlar liqası
  • 16:20 23.10.2024
“Səhvimi etiraf edirəm, bəhanə axtarmıram"
"PSJ qələbəyə layiq idi"
  • Çempionlar liqası
  • 12:48 23.10.2024
"PSJ qələbəyə layiq idi"