15 may 2026. Cümə

Çempionlar Liqası: Neftçi'nin növbəti raunddakı potensial rəqibi bilindi


Çempionlar Liqası: Neftçi'nin növbəti raunddakı potensial rəqibi bilindi

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.

Corner.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycan çempionu "Neftçi"nin də bu raunddakı potensial rəqibi bəlli olub.

Səpələnməmişlər səbətində yer alan flaqmanlar I təsnifat mərhələsində Gürcüstanın "Dinamo" (Tbilisi) klubunu keçəcəyi təqdirdə növbəti raundda "Olimpiakos" (Yunanıstan) ilə qarşılaşacaq."Ağ-qaralar" ilk qarşılaşmasını səfərdə keçirəcək.

Qeyd edək ki, II təsnifat mərhələsinin ilk oyunları iyulun 20-21-də, cavab görüşləri 27-28-də baş tutacaq.







Çempionlar liqası

“Bavariya” oyun tərzini dəyişməyəcək"
  • Çempionlar liqası
  • 23:23 05.05.2026
“Bavariya” oyun tərzini dəyişməyəcək"