1 oktyabr 2026. Cümə axşamı

Konfrans Liqası: Sumqayıt'ın ilk matçının vaxtı dəyişdirildi


Konfrans Liqası: Sumqayıt'ın ilk matçının vaxtı dəyişdirildi

“Sumqayıt”ın Serbiyanın “Çukariçki” komandası ilə UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində keçirəcəyi ilk oyununun vaxtı dəyişdirilib.

Corner.az xəbər verir ki, bu barədə Belqrad təmsilçisinin mətbuat xidməti məlumat yayıb. İyulun 22-də keçirilməsi nəzərdə tutulan matç bir gün əvvəl – iyulun 21-də oynanılacaq.

Buna səbəb iyulun 22-də Serbiyanın digər klubu “Partizan”ın da Konfrans Liqasında Slovakiyanın “Dunayska Streda” komandası ilə ev oyununa çıxmasıdır. UEFA-nın qaydalarına əsasən, bir ölkənin iki komandası eyni gündə evdə avrokubok matçı oynaya bilməz.

Komandalar arasında cavab oyunu iyulun 29-da Sumqayıtda olacaq.







Çempionlar liqası

 “Modriç, Kazemiro və Kroos olsaydı...”
  • Çempionlar liqası
  • 23:38 11.09.2026
“Modriç, Kazemiro və Kroos olsaydı...”