6 dekabr 2025. Şənbə

Sumqayıt'la matçda özümüzü favorit saymıram


Sumqayıt'la matçda özümüzü favorit saymıram

"Hazırda "Sumqayıt" barədə məlumatımız azdır. Bildiyim qədərilə, bu komandada əsasən azərbaycanlı futbolçular çıxış edirlər. Əlbəttə, onlar da yaxşı oyunçulardır".

Corner.az-ın məlumatına görə, bu fikirləri Serbiyanın "Çukariçki" klubunun futbolçusu Asmir Kayeviç UEFA Konfrans Liqasının II təsnifat mərhələsində qarşılaşacaqları "Sumqayıt" barədə danışarkən deyib.

Monteneqrolu yarımmüdafiəçi heç bir rəqibə yuxarıdan-aşağı baxmadıqlarını söyləyib: "Bilirik ki, "Sumqayıt" da bizim kimi çempionatı 3-cü sırada bitirib. Bu isə sözügedən komandanı ciddiyə almaq üçün kifayətdir".

31 yaşlı futbolçu ehtiyatlı oynayacaqlarını söyləyib: "Düzdür, "Sumqayıt"la müqayisədə avrokubok təcrübəmiz çoxdur. Amma sırf bu amilə görə özümüzü favorit saymıram. Şansların bərabər olduğunu düşünürəm. Hər iki görüş maraqlı keçəcək".

Qeyd edək ki, komandalar arasında ilk oyun iyulun 21-də, cavab matçı isə iyulun 29-da olacaq.







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”