27 mart 2026. Cümə

Neftçi'nin rəqibi doğma meydanda uduzdu


Neftçi'nin rəqibi doğma meydanda uduzdu

Futbol üzrə Gürcüstan çempionatında 19-cu turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan Tiflis “Dinamo”su da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Samqurali” ilə qarşılaşıb. Vaxtilə Azərbaycanda da çalışmış Kaxaber Sxadadzenin çalışdırdığı paytaxt təmsilçisi evdə 1:2 hesablı məğlubiyyətə üzülüb.

Bu məğlubiyyətə baxmayaraq, “Dinamo” 39 xalla 10 komanda arasında birinci pillədə qərarlaşıb.

Qeyd edək ki, “Neftçi” ilə “Dinamo” arasındakı ilk oyun iyulun 7-də Tiflisdə, cavab görüşü isə ayın 14-də Bakıda baş tutacaq.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"