5 may 2026. Çərşənbə axşamı

Sumqayıt'la matçda qələbə öz əlimizdədir - Stevanoviç


Sumqayıt'la matçda qələbə öz əlimizdədir - Stevanoviç

"Azərbaycanda möhtəşəm futbol oynanıldığına dair dilemmam yoxdur. Bir dəfə "Neftçi"yə qarşı "Partizan" forması ilə çıxış etmişəm. Həmin görüşləri yaxşı xatırlayıram".

Corner.az-ın məlumatına görə, bu fikirləri Serbiyanın “Çukariçki”nin futbolçusu Miladin Stevanoviç UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Sumqayıt"la keçirəcəkləri oyunlar barədə danışarkən deyib.

25 yaşlı serbiyalı müdafiəçi Azərbaycan təmsilçilərinin maraqlı komandalar olduğunu bildirib: "Sürətli oyunçulara qarşı matç asan olmayacaq. Püşkatmada daha yaxşı və ya pis nəticə əldə edə bilərdik. Diqqətli olmalılıq. İstedadımıza inanaraq qələbə qazanmaq öz əlimizdədir. Cavab matçından əvvəl vəziyyəti özümüz üçün asanlaşdıra bilərik".

Qeyd edək ki, "Çukariçki" və "Sumqayıt" arasındakı ilk oyun iyulun 21-də Serbiyada, cavab matçı isə iyulun 29-da Azərbaycanda olacaq.







Çempionlar liqası

Alvares Messini geridə qoydu
  • Çempionlar liqası
  • 01:09 30.04.2026
Alvares Messini geridə qoydu